
Bakı. Trend:
6 və 7 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə “Winter Fairytale” beynəlxalq turniri
keçirilir.
Trend xəbər
verir ki, turnirdə 9 ölkənin 28 klubundan ümumilikdə 262 gimnast
iştirak edir.
Yarışın ilk günündə gimnastlar müxtəlif yaş qrupları üzrə
alətsiz və alətlərlə proqramlarda çıxışlarını sərgiləyiblər. Ən
yaxşı çıxış sahibləri medallarla mükafatlandırılıblar.
Turnir 7 dekabr tarixində başa çatacaq. Həmçinin turnirin
sonunda Olimpiya çempionu Linoy Aşram yarış iştirakçılarına bədii
gimnastika üzrə ustad dərsi keçəcək. Ustad dərsi çərçivəsində
Olimpiya çempionu gənc gimnastlara bədii gimnastikanın sirləri,
yeni texnikalar və təcrübələri haqda danışacaq.

