
Bakı. Trend:
Amerikalı milyarder İlon Mask Avropa İttifaqı (Aİ) tənqid edərək
onun ləğv edilməsinə və suverenliyin üzv dövlətlərə qaytarılmasına
çağırış edib.
Trend xəbər
verir ki, Mask bu barədə “X” hesabında yazıb.
“Avropa İttifaqı ləğv edilməli, suverenlik ayrı-ayrı ölkələrə
qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə
bilsinlər”, – deyə o, paylaşımda qeyd edib.

