Murad Dadaşov oğlunun toyuna onları çağırıb

Baş səhifə

Bu gün Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşovun oğlu Kamalın toyudur. Məclis paytaxtın “Buta Palace” şadlıq sarayında keçiriləcək.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, Xalq artisti oğlunun toyuna 700-ə yaxın qonaq çağırıb. Ölkənin tanınmış mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin böyük əksəriyyəti məclisə dəvət olunub.

Məlumata görə, sənət adamları ilə yanaşı, rəsmi şəxslərin də məclisdə iştirakı gözlənilir. Murad Dadaşovun bəzi tanınmış dövlət və hökumət nümayəndələrini, bir neçə naziri, 10-a yaxın deputatı və paytaxt rayonlarının icra başçılarını da oğlunun toyuna dəvət etdiyi bildirilir.

Səbinə Hüseynova / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir