
Bakı. Trend:
Biz fransız dilini öyrənən azərbaycanlıların sayını artırmağa
çalışırıq.
Bunu Trend-ə
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sofi
La1ut Bakıdakı Fransız Universitetində keçirilən “Açıq Qapı” günü
çərçivəsində bildirib.
“Bu gün biz Bakının mərkəzində yerləşən Fransa
Universitetindəyik. Bu, fransız dilini öyrənmək, fransız
mədəniyyəti ilə tanış olmaq, kitablarını oxumaq üçün bir yerdir.
Bizdə həmçinin kitabxana və uşaqlar üçün ayrıca ədəbiyyat guşəsi
mövcuddur. Bu gün “Açıq Qapı” günü keçirilir və biz ümid edirik ki,
yeni ziyarətçiləri universitetə cəlb edə biləcəyik və onları
fransız dili öyrənməyə təşviq edəcəyik.
Biz fransız dilini öyrənən azərbaycanlıların sayını artırmağa
çalışırıq və bu, onlara təqdim edə biləcəyimiz imkanları göstərmək,
müəllimlərlə və komanda ilə tanışlıq üçün əla bir fürsətdir”, –
deyə o bildirib.

