Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Yeni konstitusiyaya əsasən, Suriyada prezident seçkiləri dörd
ildən sonra keçiriləcək.

Trend xəbər verir ki, bunu
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa Dohada keçirilən
forumda açıqlayıb.

Onun sözlərinə görə, milli dialoq üzrə geniş konfrans keçirilib
və nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul edilib. Bu
sənəd prezidentə beş il müddətinə hakimiyyətdə qalmaq səlahiyyəti
verir. Bu beş illik dövr ərzində bir sıra qanunların qəbul
ediləcəyi və dövlət idarəetmə sisteminin əsasını təşkil edəcək yeni
konstitusiyanın hazırlanacağı nəzərdə tutulur. Suriyanın keçid
dövrü prezidenti qeyd edib ki, dörd ildən sonra mütləq prezident
seçkiləri keçiriləcək.




O həmçinin bildirib ki, keçid dövrünün mürəkkəbliyi və spesifik
xüsusiyyətləri prosesin daha çox vaxt tələb etməsinə səbəb
olur.

Əlavə olaraq, o vurğulayıb ki, ölkənin ağır vəziyyətinə
baxmayaraq, keçid hökuməti parlament seçkilərini təşkil edib və bu
proses mövcud şəraitə uyğun şəkildə həyata keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir