​Meydana 7 oyunçu ilə çıxdılar, matç təxirə salındı

Baş səhifə

Türkiyənin İkinci Liqasında maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, İkinci Liqanın əsas klublarından olan “Yeni Malatyaspor” meydana 7 futbolçu ilə çıxıb. Buna görə də bu gün keçirilməsi planlaşdırılan “Yeni Malatyaspor” – “Sparta 32 Spor” matçı baş tutmayıb.

Məlum olub ki, “Yeni Malatyaspor”un heyətində olan 14 futbolçudan 7-si qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün polis tərəfindən saxlanılıb. Hakim 11 nəfərə qarşı 7 futbolçu ilə mübarizə aparmağın ədalətsiz olduğunu deyərək, matçı qeyri-müəyyən müddətə təxirə salıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir