Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar

Baş səhifə

Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə Dünya Kuboku başa çatıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan millisi 15 ölkənin qatıldığı yarışda 4 medal qazanıb.

Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kiloqram) Dünya Kubokunun qalibi olub. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kiloqram) gümüş, Əli Miriyev (60 kiloqram) və Novruzəli Quliyev (75 kiloqram) bürünc mükafat əldə edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir