
Bakı. Trend:
Ötən gün Yevlaxda baş verən yanğın hadisəsində daha bir nəfər
həyatını itirib.
Trend-in yerli
müxbirinin məlumatına görə, yaralananlar arasında 58 yaşlı Mehdiyev
Kamran Mayıl oğlu həkimlərin səylərinə baxmayaraq, dünyasını
dəyişib.
Xatırladaq ki, yanğın hadisəsi şəhərdə yerləşən yaşayış
binalarının birində baş verib. Hadisə zamanı bir nəfər qadın ölüb.
Evdə olan digər 2 nəfər yanıq xəsarətləri alıb. Yanıq xəsarəti
alanın ağır vəziyyətdə olanı paytaxta xəstəxanaya göndərilib.

