Ukrayna sülhə nail olmaq üçün ABŞ-la işləməyə davam edəcək – Zelenski

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski bu günlərdə Trampın xüsusi
nümayəndəsi Stiv Uitkof və ABŞ Prezidentinin kürəkəni Cared
Kuşnerlə telefon danışığı aparıb. Hər iki tərəf müharibənin
dayandırılmasını müzakirə edib.

Trend xəbər verir ki, bu
barədə Zelenski “Telegram” səhifəsində məlumat verib.

Zelenski bildirib ki, telfon danışığında Milli Təhlükəsizlik və
Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edib.




“Biz bir çox aspektlərə diqqət yetirdik. Qan tökülməsinə son
qoymaq, Rusiyanın üçüncü işğal təhlükəsini aradan qaldıra biləcək
əsas məsələləri, o cümlədən Rusiyanın öz vədlərini yerinə
yetirməməsini müzakirə etdik”, – deyə Prezident bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna sülhə nail olmaq üçün
ABŞ-la işləməyə davam edəcək:

“Biz Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə
razılığa gəldik. Prezident Trampa danışıqlara bu cür intensiv
yanaşma sərgilədiyinə görə təşəkkür edirik”, – Zelenski deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir