Gürcüstanda tələbələrin əksəriyyətini qızlar təşkil edir

Baş səhifə

Bakı. Trend:

Gürcüstanda 2024-2025-ci tədris ilində tələbələrin 51 faizini
qızlar, 49 faizini isə oğlanlar təşkil edib.

Trend xəbər verir ki, bu
barədə, Gürcüstanın Milli Statistika Xidmətinin noyabr ayında dərc
etdiyi “Gürcüstanda Qadın və Kişilər 2025” adlı son hesabatda
deyilir.




Qız tələbələrin 58 faizi dövlət ali təhsil müəssisələrində, 42
faizi isə özəl ali təhsil müəssisələrində təhsil alıb. Onların
ümumi sayı 99 min nəfər olub.

Oğlan tələbələrin 57 faizi dövlət universitetlərində, 43 faizi
isə özəl universitetlərdə təhsil alıb. Onların ümumi sayı 89 min
nəfər olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir