
Bakı. Trend:
Birləşmiş Ştatlar öz nüvə triadasını yeniləyəcək və digər
ölkələrlə eyni səviyyədə nüvə sınaqları aparacaq.
Trend xəbər verir ki, bunu
Pentaqon rəhbəri Pit Heqset Kaliforniyada Ronald Reyqan Prezident
Fondu tərəfindən təşkil olunan forumda çıxışı zamanı deyib.
Heqset əlavə edib ki, ABŞ Çinlə hərbi qarşıdurma axtarmır.

