Salah “Liverpul”un ona qarşı münasibətini tənqid edib

Baş səhifə

Bakı. Trend:

Məhəmməd Salah “Liverpul”un ona qarşı münasibətini tənqid
edib.

Trend xəbər verir ki, vinger
“Lids”lə oyunu (3:3) tam olaraq ehtiyatda keçirib. Ondan əvvəlki
iki matça da ehtiyatdan başlamışdı.

“Sadəcə inana bilmirdim ki, 90 dəqiqənin hamısını skamyada
oturdum. Bu, artıq üçüncü dəfədir. Məncə, bu, mənim üçün ilk belə
haldır.




Çox məyus olmuşam. Bu illər ərzində, xüsusilə də ötən mövsüm bu
klub üçün nə qədər iş görmüşəm. İndi isə elə hiss olunur ki, klub
məni sadəcə avtobusun altına atdı. Mən özümü məhz belə hiss edirəm.
Kimsə istəyir ki, bütün günah mənim boynuma düşsün. Yayda klub mənə
çox şey vəd etmişdi. İndi isə skamyadayam və buna görə də deyə
bilərəm ki, sözlərini tutmadılar.

Əvvəllər Slotla münasibətlərim yaxşı idi. İndi isə ümumiyyətlə
heç bir münasibət yoxdur və niyə belə olduğunu belə anlamıram. Elə
bil kimsə məni klubda görmək istəmir. Anama və atama zəng edib
“Brayton”la oyuna gəlmələrini dedim. Meydana çıxıb-çıxmayacağım
vacib deyil. Sadəcə bundan zövq almaq istəyirəm. “Enfild”də
olacağam, Afrika Kubokuna yollanmadan əvvəl azarkeşlərlə
vidalaşacağam, çünki oraya gedəndən sonra nə olacağını
bilmirəm.

Açığı, bu, mənim üçün qəbuledilməzdir. Əgər başqa klubda
olsaydım, hər bir klub öz futbolçusunu qoruyardı. Mən problem
deyiləm. Öz yerim üçün hər gün vuruşmuram, çünki o yeri qazanmışam.
Mən klubdan böyük deyiləm. Heç nədən böyük deyiləm. Amma bu yeri
haqq etmişəm”, – deyə vinger bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir