
Bakı. Trend:
Argentinalı hücumçu Lionel Messi 48-ci kubokunu qazanıb.
Trend xəbər verir ki, onun
“İnter Mayami” klubu MLS Kubokunun finalında “Vankuver Uaytkeps”
üzərində 3:1 hesablı qələbə qazanıb.
O, daha əvvəl “Barselona” ilə 35 kubok, PSJ ilə üç, “İnter
Mayami” ilə isə dörd kubok qazanıb. O, həmçinin milli komanda ilə
altı titul qazanıb, o cümlədən FİFA dünya çempionluğunu.
Messi 2023-cü ildən “İnter Mayami”də oynayır. Onun klubla
müqaviləsi 2028-ci ilə qədərdir. Bu mövsüm o, bütün yarışlarda 41
oyun keçirib, 38 qol vurub və 23 məhsuldar ötürmə edib.

