
Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir
Zelenski ilə telefon danışığı apardığını bildirib.
Trend-in
məlumatına görə, bu barədə fransalı lider sosial şəbəkə
hesablarında məlumat yayıb.
“Onunla son beynəlxalq müzakirələrimi bölüşdüm. Xüsusən Çində
Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələ ətrafında geniş
danışdıq” .
“The Independent” daha əvvəl yazıb ki, Makron Britaniyanın Baş
naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Mertslə birlikdə
Londonda Zelenski ilə görüşəcək .

