Kanadanın şimal-qərbində güclü ZƏLZƏLƏ

Baş səhifə

Kanadanın şimal-qərbində 6,8 maqnitudalı zəlzələ baş verib.

Modern.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar şənbə günü yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə bazar günü 00:41-də) Yukon ərazisində, Uaythors şəhərindən 243 km cənub-qərbdə qeydə alınıb.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 7 olaraq qiymətləndirib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir