Tramp Putin və Si Cinpin ilə dialoqa açıqdır

Baş səhifə

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Çin lidei Si Cinpin ilə dialoqdan imtina etmir.

Modern.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Kaliforniyada təşkil edilən forumda çıxış edərkən bildirib.

“40-cı ABŞ prezidenti Ronald Reyqan kimi, Prezident Tramp da Vladimir Putin və Si Cinpin də daxil olmaqla rəqibləri ilə danışmağa hazırdır. Bu, zəiflik yox, güc əlamətidir. Vaşinqtonda bəziləri Trampı buna görə tənqid etməyi sevirlər. Amma tənqidçilər Ronald Reyqanın da eyni şeyi etdiyini və ABŞ-ın bundan faydalandığını unudurlar”, – o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir