
Bakı. Trend:
İran nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlara hazırdır, lakin
qarşılıqlı faydalı olması şərti ilə.
Trend-in
məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi
deyib.
“Əgər onlar yanaşmalarını dəyişib ədalətli və qarşılıqlı faydalı
danışıqlara hazır olsalar, biz də hazır olarıq. Lakin danışıqlar
diktə deyil. O vaxta qədər onların real, ciddi danışıqlara hazır
olub-olmadığından əmin deyilik”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, İran diplomatiyaya açıqdır, amma yalnız “ədalətli və balanslı” nəticəni təmin edən şərtlərlə.
“Bu ABŞ-dən asılıdır”, – deyə A.Araqçi vurğulayıb.

