Merz: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək

Baş səhifə

Almaniya həmişə İsrailin mövcudluq hüququnu və təhlükəsizliyini müdafiə edəcək. 

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz “Yad Vaşem” memorial kompleksinə səfəri zamanı qonaqlar kitabına yazıb.

“Biz almanların yəhudi xalqına qarşı törətdikləri Holokostun dəhşətli cinayətini xatırlayacağıq”, – DPA xəbər agentliyi onun sözlərini sitat gətirib.

“Almaniya İsrailin varlığını və təhlükəsizliyini müdafiə etməlidir. Bu, bizim münasibətlərimizin davamlı bünövrəsidir və əbədi olaraq belə qalacaq”, – kansler yazıb. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir