Beyləqanda qəzada ağır xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub

Baş səhifə

Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-ya Beyləqan Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.

Qeyd edilib ki, onlara kəllə beyin travması və komatoz vəziyyət diaqnozu təyin olunub: “07.12.2025- ci il tarixində 1972-ci il təvəllüdlü şəxs ixtisaslı tibbi yardım göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə, 1968-ci il təvəllüdlü şəxs isə Bakı şəhəri, Yeni Klinikaya təxliyə olunub”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir