
Bakı. Trend:
İran xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfərə yola
düşüb.
Trend-in
məlumatına görə, bu barədə nazirin rəsmi “Telegram” səhifəsində
paylaşım edilib.
Səfər çərçivəsində Abbas Araqçinin sabah Azərbaycanın rəsmi
şəxsləri ilə görüşü nəzərdə tutulub.
Azərbaycan Respublikasının xarici işlər nazirinin dəvəti ilə
həyata keçirilən səfər iki ölkənin Xarici İşlər nazirlikləri
arasında müxtəlif səviyyələrdə davam edən müntəzəm
məsləhətləşmələrin tərkib hissəsidir.

