
Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkü təhqir edən ədəbiyyat müəllimi cəmiyyətin sərt reaksiyası ilə üzləşib.
Metbuat.az xəbər verir ki, Türkiyəni qarışdıran bu hadisə İsparta şəhərində baş verib. İspartadakı şəhid Ali İhsan Kalmaz adına liseyin adı gizli saxlanılan müəllimi əlində Atatürkün “Nutuk” əsəri olan şagirdi aşağılayaraq, “bu ingilis agentinin kitabını təcili gözümün qabağından yığışdır”, – deyib. Məktəblinin direktora şikayət etməsindən sonra muəllimin iş yeri dəyişdirilib.
Bu hadisə sosial şəbəkə istifadəçilərinin ciddi etirazına səbəb olub. Atatürkün müdafiəsinə qalxan minlərlə insan həmin ədəbiyyat müəllimi ilə yanası, İsparta səhər təhsil şöbəsinin müdiri Recai Ocakın da işdən çıxarılmasını tələb edib.
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının İsparta təşkilatı da bu tələbə qoşulub.

