
Bakı. Trend:
Bakı İdman Sarayında “Azman Holding”in sponsorluğu ilə keçirilən
turnirin son günündə komanda yarışları keçirilib.
Trend-in məlumatına görə, qadınların mübarizəsində qalib Şuşa
UGİM olub. Gümüş medala “Umbayev Sport Club”, bürünc mükafata isə
“Neftçi” İdman Klubunun birinci komandası sahib çıxıb.
Kişilər arasında “Kanokan-TT” PCİK çempionluğu əldə edib.
“Azəri-Cüdo” İKİB II, “Sərhədçi” İM və “Atilla” İK komandaları III
yeri tutublar.

