
Bakı. Trend:
Dekabrın 9-dan 10-dək güclü maqnit qasırğaları gözlənilir.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik
Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası “Telegram” kanalında yazıb.
“Dünən gecə baş verən “M8.1” sinifli partlayışdan sonra Yerə
doğru plazma atılması nəticəsində 9 və 10 dekabr çərşənbə axşamı və
çərşənbə günləri “G2-G3″ səviyyəsində (orta və güclü) maqnit
qasırğaları gözlənilir”, – deyə bildirilib.

