
Türkiyənin məşhur “Gənclərbirliyi” komandasının baş məşqçisi Volkan Dəmirəl vəzifəsindən istefa verib. Təcrübəli futbol adamı komandasının bu gün “Karabürkspor” üzərində qazandiğı parlaq qələbədən sonra klubdan ayrıldığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Volkan Dəmirəl “Gənclərbirliyi”nin sükanı arxasına ay yarım əvvəl keçmişdi. Ankara klubu Volkanın rəhbərliyi ilə oynadığı 5 matçın ikisində qalıb gəlmiş, üç qarşılaşma isə heç-heçə başa çatmışdı.
Türkiyə KİV-i Volkan Dəmirəlin qəfil istefasını klub prezidentinin vəzifədən getməsi ilə əlaqələndirib. Yerli mətbuatın yazdığına görə, “Gənclərbirliyi”nin prezidenti Mehmet Kaya postunu tərk etdiyi üçün Volkan komanda ilə yollarını ayırıb.
Qeyd edək ki, iş adamı Arda Çakmak “Gənclərbirliyi”nin yeni prezidenti seçilib.

