Batma təhlükəsi ilə üzləşən şəxs belə xilas edildi –

Baş səhifə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər Bulvarı ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü N.Əlizadə Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir