
Bakı. Trend:
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff İsrail və Qətər
nümayəndələri arasında münasibətlərin normallaşdırılması məqsədilə
Nyu-Yorkda gizli görüş keçirəcək.
Trend xəbər verir
ki, bu barədə “Axios” məlumat yayıb.
Qeyd olunub ki, görüşdə İsraili “Mossad”ın rəhbəri David Barnea,
Qətəri isə yüksək rütbəli bir məmur təmsil edəcək.
Axios-un məlumatına görə, Nyu-Yorkda keçiriləcək görüşdə çox
güman ki, Qəzza zolağındakı vəziyyət və Fələstinin radikal HƏMAS
hərəkatının tərksilah edilməsi müzakirə olunacaq.
İsrailin sentyabrın 9-da Dohada HƏMAS-ın yüksək rütbəli
liderlərini hədəf alması nəticəsində ABŞ-ın Yaxın Şərqdəki iki əsas
tərəfdaşı arasında münasibətlər əhəmiyyətli dərəcədə pisləşib.
Fələstin hərəkatı bu hücumda 6 nəfərin, o cümlədən təşkilatın Qəzza
zolağındakı liderlərindən birinin oğlu Xəlil əl-Heyinin və Qətər
təhlükəsizlik zabitinin öldüyünü bildirib.

