
Bakı. Trend:
İspaniya La Liqasının 15-ci turu “Real Madrid” üçün uğursuz
alınıb.
Trend xəbər verir
ki, kral klubu öz meydanında “Selta”nı qəbul edib.
Paytaxt təmsilçisi qarşılaşmanı 9 nəfərlə tamamlayıb və
qapısından iki qol buraxıb – 0:2.
Bu məğlubiyyətdən sonra Xabi Alonsonun komandası ilə turnir
cədvəlinin lideri “Barselona” arasındakı xal fərqi 4-ə yüksəlib.
Hazırda madridlilərin aktivində 36 xal var. “Selta” isə 19 xalla
yarış cədvəlinin ilk onluğunu tamamlayır.

