
Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə İtaliyaya
səfər edəcək.
Trend xəbər verir
ki, bu barədə “IL Messaggero” yazıb.
Məlumata görə, səfər qərarı Zelenski ilə İtaliyanın baş naziri
Corciya Meloni arasında baş tutan telefon danışığından sonra qəbul
edilib.
Söhbət zamanı Zelenski İtaliyanın yaxın günlərdə Ukraynanın
enerji sektoruna dəstək məqsədilə göndərəcəyini bildirdiyi
avadanlıqlara görə Meloniyaya təşəkkür edib.

