İlon Maskın SpaceX şirkəti “Starlink Mobile” markasını qeydiyyata aldırır

Baş səhifə

Bakı. Trend:

Amerikalı sahibkar İlon Maskın “SpaceX” kosmik şirkəti mobil
rabitə bazarına daxil olmaq üçün “Starlink Mobile” ticarət
markasının qeydiyyatı üçün müraciət edib.

Trend
“PhoneArena”ya istinadən xəbər verir ki, şirkət mobil rabitə üçün
istifadə olunan “AWS-3” spektrini “EchoStar” operatorundan almaq
məqsədilə əlavə 2,6 milyard dollar cəlb edib.

“Starlink” ənənəvi rabitə üsullarından, o cümlədən mobil
infrastruktur üçün nəzərdə tutulan baza stansiyaları və rabitə
qüllələrindən istifadə edərək xidmət göstərə bilər. Lakin layihənin
əsas məqsədi yerüstü baza stansiyalarına və mobil qüllələrinə bağlı
olmayan, tamamilə müstəqil kosmik mobil şəbəkə yaratmaqdır.




“Starlink Mobile” markası SpaceX-in telekommunikasiya
xidmətlərini təsvir etmək üçün istifadə olunacaq. Bu xidmətlərə
videoməlumatların və digər məlumatların adi mobil cihazlara kosmik
peyk rabitəsi vasitəsilə ötürülməsi daxildir.

Bundan əlavə, SpaceX “Powered by Starlink” adlı daha bir ticarət
markasının qeydiyyatı üçün müraciət edib. Bu marka qlobal rabitə
operatorlarına öz peyk qruplaşmalarını yaratmadan Starlink
imkanlarını şəbəkələrinə inteqrasiya etməyə şərait yaradacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir