2026-cı ildə Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2026-cı ilin mart ayında
Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çin
Xalq Respublikasının Quançjou şəhərində toplantı keçirib.

Trend xəbər verir
ki, toplantıda Forumun konseptual çərçivəsi, əsas mövzular və
beynəlxalq tərəfdaşların cəlbi ilə bağlı fikir mübadiləsi
aparılıb.

Toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri iştirak ediblər.
Müzakirələr zamanı qlobal təhlükəsizlik, davamlı inkişaf, iqtisadi
transformasiya və texnoloji dəyişikliklərin təsirləri Forumun
prioritet istiqamətləri kimi müəyyənləşdirilib.

Forum çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin
Ticarət və İnkişaf Konfransı (UNCTAD) və Beynəlxalq
Telekommunikasiya İttifaqı (İTU) ilə yüksək səviyyəli birgə
panellərin keçirilməsi və əməkdaşlığın gücləndirilməsi barədə
danışılıb.

Bununla yanaşı, Forum çərçivəsində Dünya İncəsənət və Elm
Akademiyası (WAAS) və The Economist jurnalı ilə birgə yan
tədbirlərin (side event) keçirilməsinin nəzərdə tutulduğu
bildirilib.

Toplantıda həmçinin Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma
Forumu (WUF13) çərçivəsində Mərkəzin iştirakı və dəstəyi, eləcə də
UN-HABITAT ilə bu istiqamətdə əməkdaşlıq müzakirə olunub.

Qeyd edilib ki, növbəti hazırlıq toplantısı Səudiyyə
Ərəbistanının Riyad şəhərində keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir