Rusiya ilə Ukrayna sülhə yaxındırlar – ABŞ diplomatı

Baş səhifə

Rusiya və Ukrayna sülhə əvvəlkindən daha yaxındırlar.

Modern.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib.

“Bu, yəqin ki, əlimizdə olan ən yaxşı fürsətdir. Biz sülhə əvvəlkindən daha yaxınıq”, – deyə səfir Uitaker bildirib.

O, həmçinin qeyd edib ki, Vaşinqton münaqişəyə son qoymaq üçün hər iki tərəf üçün məqbul olan bir yanaşma tapmalıdır.

“ABŞ prezidenti Donald Trampın dediyi kimi, bu, düzgün yanaşmanın tapılmalı olduğu çətin bir vəziyyətdir və nəticədə bu müharibəyə son qoyulmalıdır”, – deyə yüksək vəzifəli amerikalı diplomat bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir