“Barselona” bu mövsüm bütün titulları qazana bilər – Pike

Baş səhifə

Bakı. Trend:

“Barselona” bu mövsüm bütün titullara iddialıdır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu klubun sabiq müdafiəçisi Jerar
Pike öz açıqlamasında deyib.

Futbolçu bildirib ki, məsələ meydanda baş verəndən çox,
ətrafdakı hay-küydədir.




“Onlar keçən mövsümlə eyni üslubda oynayırlar. Çox hücumameyilli
komandadırlar, çox risk edirlər, amma eyni zamanda əla şou təqdim
edirlər, axı insanlar da məhz bunu istəyir. Onlar çox qol vurur və
çox da buraxırlar, bu da Flikin sistemindən gözlənilən bir şeydir.
Məncə, onlar bütün titullara iddialıdırlar.

Avropada da. Niyə də olmasın? Aydındır ki, hazırda Avropada çox
güclü layihələr var və görünür ki, bu komandalar gec-tez Çempionlar
Liqasını qazanacaq. Məsələn, “Arsenal” və ya keçən il turniri
qazanan PSJ. Buna “Real”ı və ya Kompaninin rəhbərliyi altında daha
da gücləndiyini düşündüyüm “Bavariya”nı da əlavə edin. Deməli,
əlbəttə ki, asan olmayacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir