Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı iştirakçı sayı ilə rekord qırıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

17-28 noyabr tarixlərində Bakıda keçirilən Ümumdünya
Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) uğurlu
nəticələrlə yadda qalıb. Tədbir iştirakçı sayı və yüksəksəviyyəli
qonaqların iştirakı baxımından əvvəlki illərin nəticələrini
üstələyərək rekord qırıb.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
məlumat verilib.

“WTDC-25”də iştirak üçün ümumilikdə 2572 nəfər qeydiyyatdan
keçib. Bu göstərici Bakı konfransını son illərdə təşkil edilən
“WTDC”lər arasında ən yüksək iştirakçı sayına malik tədbirə
çevirib. Müqayisə üçün bildirək ki, “WTDC-2017” 1360 fiziki
iştirakçı, “WTDC-2022” isə ümumilikdə 1763 iştirakçı ilə
keçirilib.

“WTDC-25”, həmçinin yüksəksəviyyəli qonaqların sayına görə də
seçilib. Konfransda 196 yüksəkvəzifəli qonaq iştirak edib. Bu,
“WTDC-2022”dəki göstəricidən xeyli yüksəkdir və konfransın
beynəlxalq səviyyədə artan əhəmiyyətini əks etdirir.




Bakının ev sahibliyi etdiyi tədbirdə iştirakçı rahatlığı,
təşkilati işlər, protokol, media və kommunikasiya məsələləri yüksək
səviyyədə həyata keçirilib. Konfrans həm bu baxımdan, həm də
beynəlxalq tərəfdaşların geniş iştirakını təmin etməsi baxımından
yüksək qiymətləndirilib.

“WTDC-25”in əsas nəticələrindən biri 2026 – 2029-cu illəri əhatə
edən qlobal rəqəmsal inkişafın əsas bələdçisi rolunu oynayacaq Bakı
Fəaliyyət Planının qəbulu oldu. Bu plan inkişaf etməkdə olan
ölkələrin, xidmətlərdən kənarda qalan cəmiyyətlərin rəqəmsal
ehtiyaclarına xüsusi diqqət yetirərək insan mərkəzli və inklüziv
rəqəmsal inkişaf üçün strateji istiqamətləri müəyyən edir.

Bu öhdəliyin əhəmiyyəti qlobal çağırışla vurğulanır: “Dünyada
iki milyarddan çox insan hələ də internetə çıxışa malik deyil. Bakı
Fəaliyyət Planı rəqəmsal iqtisadiyyatın faydalarının bütün
cəmiyyətlər arasında paylanılması üçün vacib olan universal və
əlçatan əlaqə təmin etməklə bu fərqi aradan qaldırmağa
yönəlib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir