
Masazırda ölümlə nəticələnən qəzanın bəzi təfərrüatı məlum olub.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
“112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı BMW və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın qısa müddətdə söndürülüb.
Digər avtomobil yanğından mühafizə olunub”, – deyə məlumatda qeyd edilib.
Avtomobilin yandığı görüntülərini təqdim edirik:
***
08:44
Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb.
Modern.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır. (Mənbə: report)

