
Bakı. Trend:
Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf
strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfrans
keçirilir.
Trend xəbər
verir ki, tədbirdə Milli Məclisin sədri və deputatları, elm və
təhsil naziri, AMEA-nın prezidenti, Yazıçılar Birliyinin sədri,
Audiovizual Şuranın sədri və başqaları iştirak edirlər.
Qonaqlar “Təhsil və Azərbaycan dilinin gələcək nəsillərə
ötürülməsi”, “Azərbaycan ədəbi dilinin vahid norması”, “Mediada
Azərbaycan dilinin qorunması: davranış kodeksi və maarifləndirmə”
və s. mövzularda çıxış edəcəklər.
Xəbər yenilənəcək

