Trendyol və Azərlotereya əməkdaşlığa başladı – “1001 Sevinc” artıq ‘’Trendyol’’da

Baş səhifə

Bakı. Trend:

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük
e-ticarət platformalarından biri Trendyol, Azərbaycanın yeganə
qanuni lotereya təşkilatçısı Azerlotereya
ilə əməkdaşlığa başlayıb. ​​Bu əməkdaşlıq çərçivəsində Trendyol,
“Azerlotereya”nın rəsmi e-ticarət sub-distributoru kimi çıxış
edəcək.

Müştərilər artıq “Trendyol” platforması vasitəsilə də “1001
Sevinc” əşya lotereyasına qoşularaq şanslarını sınaya
biləcəklər.

“1001 Sevinc” əşya lotereyası oyunçulara cəmi 0.5, 1, 2 və ya 3
AZN qarşılığında qiymətli hədiyyələr qazanmaq imkanı yaradır.
Qaliblər lototron vasitəsi ilə “Azərlotereya”nın YoutubeTelegram kanallarında canlı yayımla
müəyyən edilir.

Lotereyada avtomobil, eləcə də telefon, kompüter və planşetlər,
elektronika, məişət avadanlıqları, oyun və konsollar, hədiyyə
kartları kimi kateqoriyalara daxil olan uduşlar oynanılır.




Lotereya biletini onlayn şəkildə əldə etmək üçün Trendyol
müştəriləri əsas səhifədə yerləşdirilən “1001 Sevinc” bannerinə
klikləməli və ya “Sifarişlərim” bölməsindən “1001 Sevinc”
kateqoriyasını seçməlidirlər. Bununla yanaşı, müştərilər əldə
etdikləri biletlərin statusu, tiraj tarixi, lotereyanın nəticələri
barədə məlumatları da öz Trendyol hesablarında görə biləcəklər.

Hazırda “Trendyol”un Azərbaycanda 2,5 milyondan çox müştərisi
var. Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən
mobil tətbiq olub.

2001-ci ildən fəaliyyət göstərən “Azərlotereya”nın müxtəlif
çeşidli əyləncəli oyunlarında 1000000 manatadək böyük uduş qazanmaq
şansı var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir