Pulsuz dərmanlar bu formada veriləcək

Baş səhifə

“Vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşıb müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək. Həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda “E-Resept” sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq.”

Metbuat.az xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və Tibbi Vasitələr Şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də çıxışı zamanı deyib.

Elmin Quliyev izah edib ki, vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək

“İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək.”

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir