Lökbatandakı Narkoloji Mərkəzin təmirinə gələn ilin əvvəlində başlanılacaq

Baş səhifə

Lökbatanda yerləşən Narkoloji Mərkəzin təmir işlərinə 2026-cı ilin əvvəlində başlanılması planlaşdırılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətindən məlumat verilib.

Bildirilib ki, Lökbatanda yerləşən Narkoloji Mərkəzin əsaslı təmiri ilə bağlı elan edilən tender prosesi başa çatıb və qalib müəyyən edilib.

“Təmir başa çatdıqdan sonra müəssisə istifadəyə veriləcək və burada tibbi xidmətlərin təşkili təmin olunacaq”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir