Son illərdə öz peşəsinə uyğun olmadığını üçün 8 minədək müəllim işdən çıxarılıb – Nazir

Baş səhifə

Bakı. Trend:

Son illər ərzində şəffaflaşdırma prosesinin nəticəsi olaraq, biz
təxminən 8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığını
müəyyən etmiş və onlarla bağlanmış müqavilələrə xitam vermişik.

Trend xəbər
verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə
“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud
vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı
zamanı deyib.




Nazir bildirib ki, bu müəllimlərin təxminən 4 500-5000 nəfəri
ibtidai sinif müəllimləri, təxminən 1000 nəfəri isə Azərbaycan dili
müəllimləri idi.

“Müəllimin səriştəli olması minimal və zəruri şərtdir. Xüsusilə
ibtidai təhsildə bu məsələ daha da önəmlidir. Fənnin adı “ibtidai
təhsil”, müəllimin vəzifəsi “ibtidai təhsil üzrə müəllim” adlansa
da, faktiki olaraq Azərbaycan dili fənninin tədrisinə də məhz həmin
müəllim cavabdehdir. Bu mərhələdə qoyulan təməldən çox şey
asılıdır. Əgər həmin təməl düzgün qurulmasa, növbəti mərhələlərdə
şagirdlərin müvafiq bacarıqlarının inkişafında ciddi çətinliklər
yaranır. Dilin tədrisi məsələsi bizim üçün ən ağır və ən vacib
istiqamətlərdən biridir. Mən ümumi dil məsələsini yox, məhz dilin
tədrisi ilə bağlı problemi nəzərdə tuturam”, – deyə o
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir