“Fitch” Gürcüstanın lizinq şirkəti olan “TBC Leasing”in reytinqi üzrə proqnozunu “stabil”ə yüksəldib

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “TBC Bank” qrupuna
daxil olan lizinq şirkəti “JSC TBC Leasing” in (TBCL) emitentin
uzunmüddətli defolt reytinqi (IDR) üzrə proqnozunu “mənfi”dən
“stabil”ə yüksəldib və reytinqi BB səviyyəsində təsdiqləyib.

Trend bu barədə
“Fitch Ratings”ə istinadən xəbər verir.

Məlumata əsasən, səhmdar dəstəyi reytinqi (SSR) də BB
səviyyəsində təsdiq olunub.

“ “Fitch”in proqnozuna görə, “TBC Bank”ın “TBCL”ə dəstək
göstərmək niyyəti yüksəkdir. Bu da bankın şirkətin tam sahibi
olması, vahid brend strategiyası, inteqrasiya səviyyəsi, kapitalla
və likvidliklə bağlı əvvəlki dəstək praktikasına və törəmə şirkətin
defoltu halında yaranacaq yüksək reputasiya risklərinə əsaslanır. “TBC Bank” üçün potensial dəstəyin idarəolunan olması da qeyd
olunur, çünki “TBCL”in miqyası nisbətən kiçikdir:




“”TBC Bank”ın kapitalı və xalis mənfəətinin 2 faizindən azı “TBCL”in payına düşür. “TBCL”in IDR reytinqi üzrə stabil proqnoz da
ana bank üzrə analoji proqnozu əks etdirir”, – məlumatda
bildirilir.

“Fitch Ratings” qeyd edir ki, “TBCL”ə dəstəyin dayandırılması “TBC Bank”ın əsas kreditorları arasında ciddi reputasiya zərəri
yarada bilər və bu da bankın biznes modelini və artım potensialını
zəiflədə bilər.

“”TBCL”in xarici kreditorları böyük ölçüdə beynəlxalq maliyyə
qurumları (IFIs) və “TBC Bank”ın özünün əhəmiyyətli həcmdə topdan
maliyyələşmə cəlb etdiyi investorlarla üst-üstə düşür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir