
Bakı.Trend:
ADY Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə
rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil
edəcək.
Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində
Bakı-Qəbələ-Bakı
– 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı
– 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində
Bakı-Ağstafa-Bakı
– 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları
üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.
Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət
cədvəli ilə də səfər etmək olar.
Biletləri ADY-nin saytından, dəmiryol kassalarından və ya “ADY
Mobile” tətbiqindən əldə edə bilərsiniz.

