
Bakı. Trend:
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) mümkün
atəşkəsə nəzarət etmək üçün qısa müddət ərzində Ukraynaya onlarla
müşahidəçi göndərə bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri
İnyatsio Kassis bəyan edib.
Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən
təşkilata sədrlik edəcək İsveçrə atəşkəsin təmin olunduğu halda bu
prosesdə fəal iştirak etməyə hazırdır.
“Bu məsələ ilə bağlı artıq bu gün konkret mülahizələr var:
təşkilat çox qısa müddətdə bir neçə on nəfər göndərə biləcək”, –
deyə o, “SonntagsBlick” qəzetinə müsahibəsində bildirib.
“ATƏT atəşkəsə nəzarət edə, atəşkəs xəttini izləyə, seçkilərə
müşahidə edə və s. yerinə yetirə bilər”, – o vurğulayıb.

