Elm və Təhsil Nazirliyinin tabeliyindəki 3 İstehsalat Birliyi ləğv edilib

Baş səhifə

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat
Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi
İstehsalat Birliyi ləğv edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.




Sənədə əsasən, Elm və Təhsil Nazirliyi “Nafta” Elmi İstehsalat
Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi
İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin
tələblərinə uyğun olaraq zəruri tədbirlər görməli və nəticəsi
barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə
Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli
gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada
həll etməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir