
Bakı. Trend:
Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Sənədə əsasən, dövlət orqanlarında (mərkəzi icra hakimiyyəti
orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yanında
yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində, mərkəzi icra
hakimiyyəti orqanlarının tabeliyində olan orqanlarda) kadr
qurumları həmin orqanların mövcud ştat sayı dairəsində işçilərinin
sayına mütənasib olaraq aşağıdakı cədvələ uyğun olaraq təşkil
ediləcək:
|
Sıra №-si |
Vəzifələr nomenklaturu üzrə kadr xidməti göstərilən işçi |
Kadr məsələləri üzrə ştat sayı və ya müvafiq struktur |
|
1. |
işçi sayı 100 nəfərədək olduqda |
kadr məsələləri üzrə maksimum 2 ştat vahidi |
|
2. |
işçi sayı 101 nəfərdən 200 nəfərədək olduqda |
kadr məsələləri üzrə 2 ştat vahidi və ya sektor |
|
3. |
Işçi sayı 200 nəfərdən çox olduqda |
sektor və ya şöbə |

