
Bakı. Trend:
Xüsusi icra məmurunun standart haqq üzrə avansının məbləği
təsdiq edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Sənədə əsasən, bu Qərar və xüsusi icra məmurlarının standart
haqqı üzrə avansın məbləğini müəyyən eəcək.
İcra icraatına başlamazdan əvvəl standart haqq tələbkar
tərəfindən avanslaşdırılmalıdır.
Standart haqq üzrə avansın məbləği aşağıdakı qaydada
hesablanacaq:
- pul tələbinə dair icra sənədlərində standart haqqın sabit
hissəsinin 20 faizi məbləğində, lakin 5.000 manatdan çox
olmayaraq; - vaxtaşırı ödəmələrə dair icra sənədlərində ilkin ödənilməli
məbləğ üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi,
icra sənədi icraya yönəldilərkən borc yaranmışdırsa, həmin borc
məbləği üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi
məbləğində; - digər icra sənədlərində standart haqqın sabit hissəsinin 50
faizi məbləğində.

