Xüsusi icra məmurunun əlavə icra haqqının hesablanması qaydaları təsdiqlənib

Baş səhifə

Bakı. Trend:

Xüsusi icra məmurunun əlavə icra haqqının hesablanması meyarları
və hədləri təsdiq edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Sənədə əsasən, bu Qərar xüsusi icra məmurlarının əlavə icra
haqqının hesablanması meyarlarını və hədlərini müəyyən edəcək.

Əlavə icra haqqı könüllüdür, tələbkarla və xüsusi icra məmurunun
qarşılıqlı razılığına əsasən yalnız icranın tam və ya qismən təmin
olunması halında ödəniləcək.

Xüsusi icra məmurunun əlavə icra haqqının ödənilməsi şərtləri
icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında
yazılı razılıqla müəyyən olunacaq.




Pul tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı xüsusi
icra məmuru tərəfindən ödənilməsi təmin edilmiş məbləğin 15
faizinədək müəyyən edilə biləcək.

Aliment və digər vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrə
əlavə icra haqqı aşağıdakı kimi müəyyən edilə biləcək:

  • tələb müntəzəm icra edilirsə, hər ay üçün aylıq aliment və ya
    digər vaxtaşırı ödəmə məbləğinin 2 faizinədək – ildə bir dəfə;
  • tələb qeyri-müntəzəm ödənilmiş və borc yaranmışdırsa,
    ödətdirilmiş borc məbləğinin 5 faizinədək.

Əmlak tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı 10.000
manatadək müəyyən edilə bilər.

Pul tələbi olmayan icra sənədləri üzrə əlavə icra haqqı
aşağıdakı kimi müəyyən edilə biləcək:

  • müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair işlər üzrə –
    2.000 manatadək;
  • hüquqların tanınması, pay bölgüsü və hüquqlara xitam verilməsi
    tələblərinə dair işlər üzrə – 400 manatadək;
  • tikilinin sökülməsi, bərpası, yolun açılması və maneələrin
    aradan qaldırılması tələblərinə dair işlər üzrə – 4.000
    manatadək;
  • şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə
    – 800 manatadək;
  • müxtəlif predmetli barışıq sazişlərinin icrası (pul tələbi
    olmayan) – 2.000 manatadək;
  • öhdəliyin icrası, öhdəlikdən azad olunma və borcun silinməsi
    tələblərinə dair işlər üzrə – 4.000 manatadək;
  • işə bərpa (məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi
    tələbi olmadan) tələbinə dair işlər üzrə – 1000 manatadək;
  • hüquqi sənədlərin ləğvi, etibarsız hesab edilməsi tələblərinə
    dair işlər üzrə – 400 manatadək;
  • çıxarılma və ya köçürülmə ilə əlaqədar olmayan, habelə bu
    Sənədin 7.3-cü bəndi ilə əhatə olunmayan torpaq mübahisələri üzrə –
    2.000 manatadək;
  • digər kateqoriya tələblərə dair işlər üzrə – 2.000
    manatadək.
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir