ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün yeni funksionallıq yaradılıb

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və
Məşğulluq” altsistemində (ƏMAS) aparılan təkmilləşdirmələr
çərçivəsində bu e-sistemdə kvota üzrə iş yerlərinin idarə olunması
üçün də yeni funksionallıq işə salınıb.

Trend xəbər verir ki, bu
barədə Nazirlik məlumat yayıb.

Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər (əlilliyi
olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya
daha çox uşağını təkbaşına böyüdən, 5 və daha çox uşağı olan,
habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər və b.)
barədə məlumatlar ƏMAS-a inteqrasiya edilib.

Bununla da işəgötürənlər artıq real vaxt rejimində:




  • öz şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatları
    izləmək, kvota üzrə iş yerləri üzrə prosesi daha operativ idarə
    etmək,
  • müəssisələri üçün ayrılmış kvota iş yerlərinin sayını, icra
    vəziyyətini ƏMAS vasitəsilə görmək,
  • cari kvota üzrə iş yerlərinə münasibətdə öhdəlikləri barədə tam
    məlumat əldə edə bilmək

imkanı qazanıblar. Eyni zamanda, e-sistem kvota iş yerləri üzrə
müraciət edən şəxslər barədə operativ məlumatların alınmasını təmin
edir və vətəndaşların sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər
kateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir.

Kvota üzrə iş yerlərinin icrası ilə bağlı planlaşdırma,
hesabatlılıq və idarəetmə prosesləri də daha səmərəli şəkildə
həyata keçiriləcək.

Bu yeni funksionallıq kvota öhdəlikləri ilə bağlı müəssisədaxili
məlumatlılığın artmasına və sosial müdafiəyə xüsusi ehtiyacı olan
şəxslərin məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə
verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir