
Bratislava. Trend:
Səfər zamanı apardığımız danışıqlar onu göstərir ki, Slovakiya
və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji
tərəfdaşlardır.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bu
sözləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter
Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.
Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq
haqqında Birgə Bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin
başçısı qeyd edib ki, bu, əlaqələrimizi ən yüksək səviyyəyə
qaldıran bir sənəddir. O sənədin imzalnamasından sonra bütün
istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı görürük.

