
Bakı. Trend:
Çində tamamilə səslə idarə olunan dünyanın ilk smartfonu –
“Nubia M153” qurğusu təqdim edilib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Nubia M153” smartfonu “Doubao Mobile Assistant”
sayəsində sadəcə səs əmri ilə restoranlarda masaların rezervasiyası
və şəkillərin redaktə edilməsi də daxil olmaqla bir sıra gündəlik
tapşırıqları yerinə yetirə bilir.
Mühəndislik prototipi kimi təqdim edilən və yalnız onlayn
sifarişlə satılan smartfon Çin bazarında əlamətdar hadisəyə
çevrilib. Alıcılar üçün maraq doğuran əsas amil modelin texniki
təchizatı deyil, proqram təminatı imkanları olub. “Nubia M153”
smartfonunun qiyməti 3499 yuandır (494 dollar).
Qeyd edək ki, “Doubao Mobile Assistant” süni intellekt köməkçisi
“ByteDance” şirkətinin ZTE ilə əməkdaşlığı sayəsində ortaya
çıxıb.

