
Bakı. Trend:
Avropa İttifaqının nümayəndələri 2026-cı ildə Polşanı “həmrəylik
mexanizmi” çərçivəsində digər ölkələrdən gələn miqrantların qəbul
edilməsi üzrə öhdəliklərdən azad etməyə razılaşıblar.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin
rəhbəri Marçin Kervinski ittifaqın ədliyyə nazirləri iclasının
nəticələrini şərh edərkən məlumat verib.
“Polşa istənilən relokasiya mexanizmlərindən, eləcə də onunla
bağlı istənilən xərclərdən azad edilib”,- deyə o bildirib.
Nazirin fikrincə, yüksək ehtimalla Varşava bu istisnadan gələcək
illərdə də yararlana bilər. Siyasətçi qeyd edib ki, məsələ Cənubi
Avropa ölkələri arasında müəyyən narazılıqlar yaradıb.
Kervinski həmçinin, Avropa İttifaqının 2026-cı ildə təxminən 21
min miqrantı “relokasiya etməyi” planlaşdırdığını diqqətə
çatdırıb.

